Almaniyanın Halle şəhərindəki kurort kompleksi, alman dilini kifayət qədər bilməyən şəxslərin çimərliyə girişini məhdudlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. İstirahət mərkəzinin meneceri Mattias Nobel, işçilərin ziyarətçilərin təhlükəsizliyini təmin etməli olduğunu vurğulayıb.
Onun sözlərinə görə, dil baryeri səbəbindən ünsiyyət qurmaq mümkün olmayan şəxslərin əraziyə girişinə icazə verilməyə bilər. Bu qərar, yaxın zamanda xilasedicinin bir uşağı suyun dərin hissəsindən çıxarması hadisəsindən sonra qəbul edilib.
Yeni qayda qüvvəyə mindikdən sonra bir neçə nəfərin girişi rədd edilib. Tənqidlərə baxmayaraq, kurort rəhbərliyi qərarını dəyişməyi planlaşdırmır.












