Almaniyada naməlum qadın tibb bacısı kimi davranaraq xəstəxanadan 7 günlük körpəni oğurlayıb.
Hadisə Şimali Reyn-Vestfaliya torpağının Lüdenşayd şəhərində baş verib.
Qadın palataya daxil olaraq uşağı müayinə bəhanəsi ilə aparıb. Tibb bacısı formasında olduğu üçün ana ona inanıb.
Körpə bir saat sonra xəstəxana yaxınlığındakı dayanacağın pilləkənlərində paltarsız tapılıb. Uşaq təcili xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.
Polis geniş axtarış aparır. Şübhəli qadın 25-30 yaşlarında, sarışın, arıq və 170 sm boyundadır.












