Almaniyada radioəlaqə nasazlığı səbəbindən bütün ölkə üzrə qatar xidmətləri dayandırılıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Deutsche Bahn" dəmiryol şirkətinin sözçüsü DPA agentliyinə bildirib.
Problemin həlli üçün bütün resurslar səfərbər edilib. "Deutsche Bahn" Direktorlar Şurasının sədri Evelin Palla bildirib ki, qatarlar stansiyalara çatdırılır, səbəb araşdırılır.
Bəzi qatarlar stansiyalarda gözləyir, relslərdəkilər ən yaxın stansiyalara aparılır. Təsirlənən sərnişinlərə taksi və hotel kuponları verilir.












