Bond.az White LogoBond.az Black Logo

Aqua qrupu səhnə ilə vidalaşır

Aqua qrupu 30 illik fəaliyyətdən sonra səhnə ilə vidalaşdığını elan etdi. Barbie Girl hiti ilə tanınan qrupun vədalaşma bəyanatı və səbəbləri.

Aysel Quliyeva
Müəllif:Aysel Quliyeva- Senior Editor
|
0

Dünyaya "Barbie Girl" superhitini bəxş edən məşhur "Aqua" qrupu konsert fəaliyyətinə son qoyur.

Oxu.Az xəbər verir ki, bu barədə qrup üzvləri rəsmi sosial şəbəkə hesablarında birgə bəyanat yayıblar.

Qrup iştirakçıları yaradıcılıq tarixlərindəki bu parlaq səhifəni bağlamaq qərarına gəldiklərini açıqlayıblar. Onlar vurğulayıblar ki, "Aqua" onların həyatının çox böyük bir hissəsini əhatə edib və bu yolu birlikdə keçmək musiqiçilər üçün inanılmaz bir şans olub. Sənətçilər, həmçinin bütün dünyanı gəzmək və milyonlarla dinləyici ilə eyni rəqs meydançasında mahnı oxumaq xoşbəxtliyinə nail olduqlarını əlavə ediblər.

Musiqiçilərin sözlərinə görə, uzun illər davam edən birgə fəaliyyətdən sonra onlar yaradılan bu böyük mirası zirvədə ikən qorumaq vaxtının çatdığını anlayıblar:

"İndi bizə elə gəlir ki, xatirələr hələ təzə və güclü ikən, bir-birimizə olan sevgimiz isə zədələnməmişkən pərəstişkarlarla vidalaşmaq üçün ən uyğun zamandır".

"Aqua" qrupu 30 illik fəaliyyətləri ərzində onlara sonsuz dəstək göstərən bütün fanatlarına dərindən təşəkkür edib. Qrupun əsas simaları olan Sören, Lene və Rene bildiriblər ki, bu gedişdən sonra ürəklərində yalnız böyük bir sevgi və minnətdarlıq hissi qalacaq.

Xatırladaq ki, Danimarka qrupu 1997-ci ildə işıq üzü görən "Aquarium" albomu və qlobal hitə çevrilən "Barbie Girl" kult mahnısı ilə dünya musiqi sənayesində böyük rezonans doğuraraq adını tarixə yazdırıb.

Digər Xəbərlər
Bu gün / 23:00
|
846

Tehranda pravoslav kilsəsi qarət edildi

İranın paytaxtı Tehranda naməlum şəxslər Rus Pravoslav Kilsəsinin Müqəddəs Nikolay məbədini qarət ediblər. Səfirlik oğurlanmış ikonaların qaytarılmasını tələb edir.

0
Bu gün / 22:02
|
830

Qızıl ucuzlaşmaqda davam edir

Qızılın qiyməti dünya bazarında ucuzlaşmaqda davam edir. COMEX-də avqust füçersləri 4,100 dolları keçib.

0
Bu gün / 22:01
|
591

İran səmasında "od yağışı": ABŞ əməliyyatı genişlənir

ABŞ İrana qarşı yeni zərbələr endirir, CENTCOM əməliyyatın genişləndiyini açıqlayır. İranın müxtəlif bölgələrində partlayışlar eşidilir.

0
Bu gün / 21:30
|
450

Netanyahunun namizədliyi yenidən irəli sürülür

Likud partiyası Benyamin Netanyahunun növbəti parlament seçkilərində namizədliyini irəli sürdüyünü elan edib. Seçki 2026-cı ilə qədər keçiriləcək.

0
Bu gün / 21:00
|
245

Rusiya məhkəməsi erməni bloqerin cəzasını təsdiqlədi

Rusiya məhkəməsi erməniəsilli bloqer Arsen Markaryanın 4.5 illik həbs cəzasını qanuni hesab edib. O, nasizm reabilitasiyasında ittiham olunur.

0
Bu gün / 20:30
|
335

Rusiya səfiri İrəvana qayıtdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvadakı məsləhətləşmələrdən sonra İrəvana qayıdıb.

0
Bu gün / 20:00
|
963

Tramp: Ərdoğan mənim yaxın dostumdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı yaxın dostu adlandırıb.

0
Bu gün / 19:31
|
655

BAEA İrana qarşı qətnamə qəbul etdi

BAEA Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib. Sənəd yüksək zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat tələb edir.

0
Bu gün / 18:31
|
514

ABŞ diplomatı Hindistan XİN-ə çağırıldı

ABŞ diplomatı Hindistan XİN-ə Oman sahillərində ticarət gəmisinə hücumla bağlı çağırılıb. 24 hindistanlı ekipajdan 21-i xilas edilib, 3 nəfər itkin düşüb.

0
Bu gün / 18:04
|
526

Yaxın Şərqdə gərginlik: ABŞ qırıcısı İrana gedən tankerə zərbə endirdi

ABŞ qırıcısı Oman körfəzində İrana gedən neft tankerinə zərbə endirdi. CENTCOM 134 gəminin marşrutunu dəyişdirdi.

0
Bu gün / 17:04
|
705

Tramp: ABŞ milyonlarla barel İran neftini ələ keçirib

ABŞ Prezidenti Donald Tramp İran neftinin gizli ələ keçirildiyini açıqlayıb. Milyonlarla barel neft və 22 gəminin ələ keçirilməsi ilə bağlı detallar.

0
Bu gün / 17:02
|
475

Kanar adaları: unikal təhsil və pulsuz çimərliklər

Kanar adalarının unikal təhsil sistemi, pulsuz çimərlikləri, ekologiya və qaya evləri haqqında maraqlı məlumatlar.

0
...
Aqua qrupu səhnə ilə vidalaşır | Bond.az