Argentina hökuməti varlı əcnəbilər üçün "qızıl pasport" proqramını tətbiq etməyə hazırlaşır. Bu, ölkəyə sərmayə cəlb etmək məqsədi daşıyır.
"Financial Times"-ın məlumatına görə, proqram çərçivəsində 500 min dollar investisiya qoyan və ya 1 milyon dollar dəyərində dövlət istiqrazı alan şəxslərə vətəndaşlıq veriləcək.
Hökumət bu addımın dövlət borcunun ödənilməsi üçün vəsait cəlb etməyə kömək edəcəyini gözləyir. Proqramın bu il qüvvəyə minəcəyi gözlənilir.
Keçmiş prezident Alberto Fernandes qeyd edib ki, ölkə ağır xarici borc yükü altındadır və bu, qismən ABŞ-dən asılılıqdan qaynaqlanır.












