Rusiyalı astronom Yevgeni Burmistrov asteroid 2024 YR4-ün 2032-ci ildə Yerlə toqquşma ehtimalını açıqlayıb. Onun sözlərinə görə, bu, nəzəri cəhətdən mümkündür, lakin ehtimal çox aşağıdır.
Mütəxəssis bildirib ki, toqquşma baş verərsə, dağıntı zonası 30 km radiusu əhatə edə bilər. Hazırda ehtimal cəmi 0.0017% təşkil edir.
Daha dəqiq məlumatlar 2028-ci ildə asteroidin növbəti yaxınlaşmasından sonra əldə olunacaq. Astronom vurğulayıb ki, hazırkı qiymətləndirmələr ilkin xarakter daşıyır.












