Avropanın hava limanları və aviaşirkətləri Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə müraciət ediblər.
Onlar yay turizm mövsümündə sərnişin sıxlığını azaltmaq üçün sərhəd yoxlamalarının müvəqqəti dayandırılmasını təklif edirlər.
Müraciəti ACI Europe, Airlines for Europe və IATA imzalayıb. Qeyd olunur ki, mövcud sistem uçuşların gecikməsinə səbəb olur.
Yeni təklifə görə, iyul və avqust aylarında sərnişin axını həddi aşarsa, yoxlamalar dayandırıla bilər.
Xatırladaq ki, sistem Aİ vətəndaşı olmayanlardan barmaq izi və foto tələb edir.












