"Bavariya" klubu 40 yaşlı qapıçısı və kapitanı Manuel Noyer ilə müqavilənin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
Bildirilir ki, təcrübəli qolkiperin yeni müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə olacaq. "Bavariya" həmçinin 37 yaşlı digər qapıçı Sven Ulrayxla da müqaviləni 2027-ci ilə qədər uzadıb.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildə "Şalke 04" klubundan transfer olunduqdan sonra "Bavariya"nın formasını geyinir. O bu müddət ərzində bütün turnirlərdə 597 oyunda iştirak edib və bunların 269-da qapısını toxunulmaz saxlayıb.
Almaniyalı qapıçı Münhen klubu ilə 13 dəfə Almaniya çempionu, iki dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.
"Transfermarkt" portalının məlumatına görə, 40 yaşlı futbolçunun hazırkı bazar dəyəri 4 milyon avro təşkil edir.












