İnsan orqanizmindəki orqanlar eyni sürətlə yaşlanmır. Bu barədə həkim-onkoloq İlya Kolışev məlumat verib.
Mütəxəssis vurğulayıb ki, orqanizmin bioloji yaşı ayrı-ayrı orqan və sistemlərin funksional vəziyyəti ilə həmişə üst-üstə düşmür.
Kolışev bildirib ki, ən tez qocalan orqan timus vəzidir. Təxminən 21 yaşından etibarən bu vəz tədricən yağ toxuması ilə əvəz olunur.
Onun sözlərinə görə, piy toxuması, qan damarları, ürək-damar sistemi hüceyrələri, sümük iliyi və bağırsaqlar da sürətlə qocalır.
Eyni zamanda, beyin və qaraciyərdə yaşlanma prosesi daha yavaş gedir. Qaraciyər yüksək bərpa qabiliyyətini uzun müddət qoruyur.
Onkoloq əlavə edib ki, ən gec qocalan toxuma sümük toxumasıdır.
Mütəxəssis qocalmanın qarşısını tam alan dərmanın olmadığını vurğulayıb. Sağlam həyat tərzi həlledici rol oynayır.











