Sidney Universitetinin alimləri qısamüddətli pəhriz dəyişikliyinin yaşlı insanların bioloji yaşını azaltdığını aşkar ediblər.
Tədqiqat "Aging Cell" jurnalında dərc olunub. 65-75 yaş arası 104 nəfər iştirak edib. Onlar 4 həftə ərzində müxtəlif pəhrizlərə əməl ediblər.
Alimlər 20-dən çox biomarker (xolesterol, insulin, C-reaktiv zülal) ölçüb. Nəticədə balanslı qidalanmanın orqanizmin "saatını" geri çəkdiyi müəyyən olunub.












