BMT təşkilatın irimiqyaslı islahatı çərçivəsində yaxın iki ildə rəhbər vəzifələrin bir qismini azaltmağı və ləğv etməyi planlaşdırır.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.
Onun sözlərinə görə, islahatlar üzv ölkələrin, o cümlədən ABŞ-nin üzvlük haqları üzrə yaranmış borclarının səbəb olduğu maliyyə böhranı fonunda zəruridir.
BMT rəhbəri bildirib ki, "UN80" proqramı çərçivəsində artıq 2026-cı il üçün büdcəni azaltmaq və 2 000-dən çox iş yerini Cenevrə və Nyu-York kimi bahalı şəhərlərdən daha ucuz regionlara köçürmək mümkün olub.
O əlavə edib ki, 2027-ci ilin büdcəsində idarəetmə pillələrinin ixtisarı və yüksəkvəzifəli ştatların sayının azaldılmasına başlanılması nəzərdə tutulacaq.












