İyunun 16-da Böyük Britaniya Rusiyaya qarşı mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmiləri hədəf alacaq yeni sanksiyalar paketini açıqlayacaq.
Bu barədə Baş nazir Kir Starmerin ofisinin Evian şəhərində keçirilən G7 sammitinin açılışı ərəfəsində yaydığı bəyanatda bildirilir.
Sənədə əsasən, London Rusiya ilə əlaqəsi olduğu ehtimal edilən 600-ə yaxın gəmini qara siyahıya daxil edəcək.
Bundan əlavə, Britaniya hökuməti Rusiya ordusunun ehtiyacları üçün Qərb texnologiyalarının alınmasında iştirak edən şirkətlərə də məhdudiyyətlər tətbiq edəcək.
Rəsmi London həmçinin Moskvaya maliyyə xidmətləri göstərən üçüncü ölkə tədarükçülərinə təzyiqləri artırmağı planlaşdırır.
Xatırladaq ki, bir gün əvvəl Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərək 80-dən çox fiziki şəxs və təşkilatı qara siyahıya salıb.












