Britaniya ordusu Estoniyanın Rusiya ilə sərhədində yerləşən Vorumaa bölgəsinə "Challenger 2" tanklarını göndərib.
Bu barədə "Military Watch Magazine" məlumat yayıb. Tanklar Şotlandiya Kral Alayının 2-ci batalyonuna məxsusdur və NATO-nun "Yaz fırtınası" təlimlərində iştirak edir.
Təlimlər zamanı şərti Rusiya qoşunları hədəf götürülüb. Britaniya tanklarının mövcudluğu NATO-nun Rusiya sərhədləri yaxınlığında genişlənməsi üçün mühüm addım hesab edilir.
Eyni zamanda, Litva prezidentinin müşaviri ABŞ-ın Litvadan 1000-dən çox hərbçi və texnikanı çıxardığını bildirib.












