Böyük Britaniyada iyun ayının ən isti günü qeydə alınıb. Temperatur 35.7°C-yə çataraq 1976-cı ildəki 35.6°C-lik rekordu üstələyib.
Surrey qraflığında ölçülən bu temperatur 50 illik rekordun yenilənməsinə səbəb olub. BBC-nin məlumatına görə, 1976-cı ilin iyununda qeydə alınan 35.6°C indiyə qədər ən yüksək göstərici idi.
İspaniyada da vəziyyət gərgindir. Ölkədə iyun ayı üçün ən yüksək orta temperatur qeydə alınıb - 28.17°C. Bundan əvvəlki rekord 28.08°C idi. Bəzi bölgələrdə isə temperatur 40°C-ni keçib, Kantabriyada 43.7°C ölçülüb.
Mütəxəssislər xəbərdarlıq edir ki, anomal istilər Avropada yaxın günlərdə də davam edə bilər.












