NATO-nun baş katibi Mark Rütte Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşdə alyansın fəaliyyəti ilə bağlı təqdimat keçirilib.
Rütte qrafiklər göstərərək deyib: "Bu, Trampın trilyonudur. Avropalılar və kanadalılar müdafiəyə trilyonlarla dollar yatırıb".
Ümumilikdə Trampın hakimiyyəti dövründə müdafiəyə 1.2 trilyon dollar əlavə yönəldilib.
Rütte vurğulayıb ki, Avropa şirkətlərinin sifarişləri ABŞ iqtisadiyyatına fayda gətirir və minlərlə iş yeri yaradır.
O, Trampı "möhtəşəm prezident" adlandırıb və onu Duayt Eyzenhauerlə müqayisə edib.












