Vaşinqtonda İsrail və Livan arasında aparılan danışıqların ilk raundu razılaşma olmadan başa çatıb. Əsas səbəb İsrail ordusunun çıxarılması şərtləri və müddətləri ilə bağlı fikir ayrılıqlarıdır.
"Axios" nəşrinin məlumatına görə, ABŞ vasitəçiləri tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün yeni mərhələyə başlayıblar.
Mənbə bildirib ki, İsrail nümayəndə heyətinin rəhbəri ABŞ və İran arasında razılaşdırılmış mexanizmə etiraz edib. ABŞ nümayəndələri onun mövqeyini yumşaltmaq üçün müdaxilə ediblər.
Vaşinqton İsrail tərəfini İranın iştirakının vacibliyinə inandırmağa çalışır. Yeni raundda "pilot zonalar"ın yaradılması müzakirə olunur.












