Rumıniya parlamentinin aşağı palatası Moldova ilə birləşmə təşəbbüsünü avtomatik təsdiqləyib.
Qanun layihəsi 45 gün ərzində müzakirə olunmadığı üçün qəbul edilmiş sayılır. Sənəd Senata göndəriləcək.
Layihə təsdiqlənərsə, Rumıniya hökuməti Kişinyovla danışıqlara başlamalı olacaq.
Moldovanın xarici işlər naziri Mixay Popşoy birləşmənin tərəfdarı olduğunu bildirib.












