Bond.az White LogoBond.az Black Logo

Priqojini dayandırmaq üçün Rostova kimlər getdi?

Rusiya rəsmiləri Priqojini dayandırmaq üçün Rostova gedib. Yeni detallar hüquqşünas İqor Yeliseyev tərəfindən açıqlanıb.

Vüqar Həsənli
Müəllif:Vüqar Həsənli- Senior Editor
|
0

Rusiyanın müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargahın Baş Kəşfiyyat İdarəsi rəisinin birinci müavini Vladimir Alekseyev qiyam qaldıran "Vaqner" təsisçisi Yevgeni Priqojinlə danışıqlar üçün Rostov-na-Donuya gediblər.

Oxu.Az xəbər verir ki, Priqojinlə işləmiş hüquqşünas İqor Yeliseyev "Fontanka" nəşrinə müsahibəsində yeni təfərrüatları açıqlayıb.

"Ölkənin yüksəkvəzifəli şəxsləri ona zəng etməyə çalışırdılar. Daha sonra Yevkurov və Alekseyev Rostova gəldilər. Onlar rəhbəri fikrindən daşındırmağa çalışırdılar, o isə öz mövqeyini izah edirdi", - deyə Yeliseyev bildirib.

Hüquqşünasın sözlərinə görə, Priqojin hakimiyyətə təzyiq göstərməyə çalışırdı, lakin heç kimin güzəştə getməyəcəyi aydın idi. Yeliseyev güc strukturlarının nümayəndələrinə vəziyyətin qan tökülməsinə gətirib çıxarmamalı olduğunu izah etdiyini qeyd edib.

Onun sözlərinə görə, münaqişə yalnız Belarus Prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsindən sonra həll olunub. Lukaşenko Priqojinə müəyyən təminatlar verib.

Daha əvvəl Priqojinin hüquqşünası bildirmişdi ki, "Vaqner" rəhbəri üçün dönüş nöqtəsi onun cəbhəyə səfəri və sursat çatışmazlığından şikayət edən komandirlərlə görüşü olub. Yeliseyev həmçinin qeyd edib ki, Artemovskun ələ keçirilməsindən sonra "Vaqner"in silahlarının Rusiya Müdafiə Nazirliyinə təhvil verilməsi tələbi də Priqojin üçün ciddi zərbə olmuşdu.

Priqojinin qiyamı 2023-cü il iyunun 24-də baş verib. O, Rusiya Müdafiə Nazirliyinə qarşı ittihamlar irəli sürüb, daha sonra "Vaqner"in Moskvaya yürüşünə başlayıb. Bir sutka ərzində onun dəstələri Rusiyanın bir neçə regionundan keçib, həmçinin iki helikopter və bir təyyarəni vurublar.

Axşam saatlarında Priqojin kolonları geri çevirib və Lukaşenko ilə razılaşmadan sonra Belarusa yollanıb. Həmin ilin avqustun 23-də isə "Vaqner" rəhbərinin təyyarəsi Tver vilayətində qəzaya uğrayıb. Biznes-jetin göyərtəsində Priqojin, Dmitri Utkin və Valeri Çekalov da olub.

Digər Xəbərlər
Bu gün / 20:30
|
926

Yəməndə jurnalist partlayışda öldü

Yəməndə jurnalist Məhəmməd Aida avtomobil partlayışı nəticəsində həlak oldu. Hadisə Hadramaut əyalətinin Əl-Mukalla şəhərində baş verib.

0
Bu gün / 20:01
|
577

Moldova və Rumıniyanın birləşməsi gündəmdə

Rumıniya parlamentinin aşağı palatası Moldova ilə birləşmə təşəbbüsünü avtomatik təsdiqləyib. Qanun layihəsi Senata göndəriləcək.

0
Bu gün / 19:01
|
218

Britaniyada 50 illik istilik rekordunu qırdı

Böyük Britaniyada iyunun ən isti günü qeydə alınıb: temperatur 35.7°C-yə çataraq 1976-cı ildəki rekordu qırıb. İspaniyada da oxşar anomal istilər müşahidə olunur.

0
Bu gün / 19:01
|
210

Rəqs dünya rekordu: 20 min nəfər bir anda

Özbəkistanda 20 min nəfər eyni anda Əndican rəqsi ifa edərək Ginnes rekordunu qırdı. Tədbir Babur Arena stadionunda keçirildi.

0
Bu gün / 18:32
|
505

Bitcoin 60 min dolları keçdi: kripto bazarı çökdü

Bitcoin 60 min dolları keçdi, kripto bazarında kəskin eniş. 2026-cı ildə üçüncü düşüş. Binance-də 100 milyon dollar likvidasiya.

0
Bu gün / 18:00
|
263

Çexiya prezidenti məhkəmədə qalib gəldi

Çexiya Konstitusiya Məhkəməsi Prezident Petr Pavelin lehinə qərar verdi. Hökumət prezidentin NATO sammitində iştirakını təmin etməlidir.

0
Bu gün / 17:31
|
815

Kaliforniyada 5.6 bal zəlzələ

Kaliforniyada 5.6 bal gücündə zəlzələ baş verib. Episentr Uillits şəhərindən 12 km cənub-şərqdə, 8 km dərinlikdə qeydə alınıb.

0
Bu gün / 17:30
|
251

İngiltərədə qatar qəzası: maşinist qırmızı işıqda keçib

İngiltərədə Bedford yaxınlığında baş vermiş qatar qəzasında maşinistin qırmızı işıqda keçdiyi məlum olub. 100-ə yaxın yaralı var.

0
Bu gün / 17:01
|
708

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı. Ursula fon der Lyayen haqqında təhqiqat başlanıldı. Aİ liderlərinin iştirak etdiyi qalmaqal.

0
Bu gün / 16:00
|
403

Trampın İrana ultimatumu: danışıqlar təhlükədə

ABŞ Prezidenti Donald Tramp İrana ultimatum verib: Hörmüz boğazında ödəniş tələb edilərsə, danışıqlar dayandırılacaq.

0
Bu gün / 14:31
|
721

İsrail ABŞ-İran razılaşmasından sonra nə edəcək?

ABŞ-İran razılaşması İsrailin siyasətini necə dəyişəcək? Ekspertlər Baku TV-də müzakirə edir.

0
Bu gün / 14:01
|
484

Suriyada İŞİD lideri məhv edildi

ABŞ hava zərbəsi ilə Suriyada İŞİD liderini məhv etdi. CENTCOM əməliyyatın iyunun 19-da keçirildiyini bildirir.

0
...
Priqojini dayandırmaq üçün Rostova kimlər getdi? | Bond.az