ABŞ administrasiyası Konqresdəki etirazlara rəğmən Türkiyəyə yüz milyonlarla dollar dəyərində aviasiya mühərriki satmağı planlaşdırır.
Reuters-in məlumatına görə, sövdələşmə 700 milyon dollardan bahadır. Mühərriklər Türkiyənin KAAN qırıcı layihəsində istifadə ediləcək.
Bəzi Demokrat konqresmenlərin etirazına baxmayaraq, müqavilənin yaxın günlərdə başa çatması gözlənilir. Bu addım NATO sammiti ərəfəsində Ankaraya siyasi jest kimi dəyərləndirilir.
ABŞ-Türkiyə münasibətləri F-35 proqramından çıxarılma və S-400 sanksiyaları səbəbindən gərgindir, lakin Tramp dövründə əlaqələr müsbət inkişaf edib.












