Böyük Britaniyanın daxili işlər nazirinin keçmiş müavini Den Carvis müdafiə naziri təyin edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Kir Starmerin dəftərxanasının yaydığı bəyanatda deyilir.
Carvis bu postda Con Hilini əvəz edəcək. Hili Birləşmiş Krallığın müdafiəsinə qoyulan investisiyaların yetərsiz olması ilə razılaşmadığına etiraz əlaməti olaraq qurumun rəhbəri vəzifəsindən istefa verib.












