Cənubi Koreya Prezidenti Li Çje Myon, futbol üzrə milli komandasının DÇ-2026-dakı uğursuzluğunun səbəblərinin araşdırılmasını əmr edib.
Oxu.Az xəbər verir ki, prezident bu barədə sosial şəbəkədə paylaşım edib: "Bu gözlənilməz nəticə ilə bağlı çaşqınlıq və heyrət içindəyəm. Hər şeyi kadrlar həll edir".
O, məğlubiyyətin səbəblərini qeyri-peşəkar mütəxəssislərin təyinatı, yanlış kadr və maliyyə siyasəti ilə əlaqələndirib. Nəticədə vergi ödəyicilərinin pulları düzgün xərclənməyib.
Prezident Mədəniyyət, İdman və Turizm Nazirliyinə hadisənin köklərini dərindən öyrənməyi və təkrarlanmaması üçün addımlar atmağı tapşırıb.
Xatırladaq ki, baş məşqçi Hon Myon Bo DÇ-2026-da mübarizə dayandıqdan sonra istefa verib. Cənubi Koreya A qrupunda üçüncü olub: çexlərə qalib gəlib, Meksika və CAR-a məğlub olub.












