Bond.az White LogoBond.az Black Logo

Çexiyada 800 illik müqəddəs kəllə sümüyü oğurlanıb

Çexiyada naməlum şəxs 800 illik Müqəddəs Zdislavanın kəllə sümüyünü kilsədən oğurlayıb. Polis axtarışlara başlayıb.

Leyla Əliyeva
Müəllif:Leyla Əliyeva- Senior Editor
|
0

Çexiyada kimliyi məlum olmayan şəxs Müqəddəs Lavrenti və Müqəddəs Zdislava bazilikasına daxil olaraq, müqəddəsə aid təxminən 800 illik kəllə sümüyünü oğurlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

Hadisə Praqadan təxminən 110 kilometr şimalda yerləşən Yablonne-v-Podyeştedi şəhərində, günorta saatlarında - məbədin ziyarətçilər üçün açıq olduğu vaxt qeydə alınıb. Təhlükəsizlik kamerası görüntülərində qara paltarlı kişinin şüşə qutudan Müqəddəs Zdislavanın kəllə sümüyünü götürərək bağrına sıxdığı və oturacaqların arası ilə qaçdığı görünür. Tarixi relikviya xüsusi şüşə arxasında saxlanılırdı.

Lemberkli Müqəddəs Zdislava (1220-1252) yoxsullara etdiyi yardımlara və səxavətinə görə ehtiramla anılır. O, 1995-ci ildə Roma Papası II İohann Pavel tərəfindən rəsmən müqəddəs elan edilib.

Praqa arxiyepiskopu Stanislav Pşibıl baş verənləri "dəhşətli xəbər" adlandırıb: "Kəllə sümüyü zəvvarlar tərəfindən ziyarət edilirdi. Kiminsə günün günorta vaxtı belə bir relikviyanı kilsədən oğurlaya biləcəyinə inana bilmirəm".

Çexiya polisi cinayətkarın axtarışlarını davam etdirir.

Digər Xəbərlər
Bu gün / 18:32
|
505

Bitcoin 60 min dolları keçdi: kripto bazarı çökdü

Bitcoin 60 min dolları keçdi, kripto bazarında kəskin eniş. 2026-cı ildə üçüncü düşüş. Binance-də 100 milyon dollar likvidasiya.

0
Bu gün / 18:00
|
263

Çexiya prezidenti məhkəmədə qalib gəldi

Çexiya Konstitusiya Məhkəməsi Prezident Petr Pavelin lehinə qərar verdi. Hökumət prezidentin NATO sammitində iştirakını təmin etməlidir.

0
Bu gün / 17:31
|
815

Kaliforniyada 5.6 bal zəlzələ

Kaliforniyada 5.6 bal gücündə zəlzələ baş verib. Episentr Uillits şəhərindən 12 km cənub-şərqdə, 8 km dərinlikdə qeydə alınıb.

0
Bu gün / 17:30
|
251

İngiltərədə qatar qəzası: maşinist qırmızı işıqda keçib

İngiltərədə Bedford yaxınlığında baş vermiş qatar qəzasında maşinistin qırmızı işıqda keçdiyi məlum olub. 100-ə yaxın yaralı var.

0
Bu gün / 17:01
|
708

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı. Ursula fon der Lyayen haqqında təhqiqat başlanıldı. Aİ liderlərinin iştirak etdiyi qalmaqal.

0
Bu gün / 16:00
|
403

Trampın İrana ultimatumu: danışıqlar təhlükədə

ABŞ Prezidenti Donald Tramp İrana ultimatum verib: Hörmüz boğazında ödəniş tələb edilərsə, danışıqlar dayandırılacaq.

0
Bu gün / 14:31
|
721

İsrail ABŞ-İran razılaşmasından sonra nə edəcək?

ABŞ-İran razılaşması İsrailin siyasətini necə dəyişəcək? Ekspertlər Baku TV-də müzakirə edir.

0
Bu gün / 14:01
|
484

Suriyada İŞİD lideri məhv edildi

ABŞ hava zərbəsi ilə Suriyada İŞİD liderini məhv etdi. CENTCOM əməliyyatın iyunun 19-da keçirildiyini bildirir.

0
Bu gün / 13:31
|
601

ABŞ Livanda Hizbullah planını müzakirə edir

ABŞ vasitəçiliyi ilə Livan-İsrail danışıqları: Cənubi Livanın taleyi müzakirə edilir, Hizbullah faktor.

0
Bu gün / 12:01
|
475

Ankarada İŞİD əməliyyatı: 1 ölü, 1 yaralı

Ankarada İŞİD-ə qarşı keçirilən əməliyyatda 1 nəfər öldü, 1 nəfər yaralandı. Təhlükəsizlik qüvvələri ilə silahlı qarşıdurma baş verdi.

0
Bu gün / 12:00
|
817

Tramp: İran mənim qarmağımdadır

ABŞ Prezidenti Donald Tramp İranın güzəştə hazır olduğunu və onun qarmağında olduğunu bildirib.

0
Bu gün / 11:31
|
709

Fransada Ebola ilk yoluxma halı

Fransada Konqodan qayıdan həkimdə ilk Ebola yoluxması qeydə alındı. Baş nazir vəziyyəti izləyir.

0
...