Bond.az White LogoBond.az Black Logo

ChatGPT supertətbiqə çevriləcək

OpenAI ChatGPT-ni supertətbiqə çevirmək üçün islahatlar hazırlayır. Çat-bot proqramlaşdırma alətləri və AI agentləri ilə birləşəcək.

Fuad İbrahimov
Müəllif:Fuad İbrahimov- Senior Editor
|
0

ABŞ-nin "OpenAI" şirkəti, fond bazarında səhmlərin ilkin kütləvi təklifindən (IPO) əvvəl, "ChatGPT" çat-botunun fəaliyyətində irimiqyaslı islahatlar hazırlayır.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin meneceri Tibo Sottio "Financial Times" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, şirkət çat-botu proqramlaşdırma alətləri və süni intellekt agentləri ilə birləşdirərək onu "supertətbiq"ə çevirmək niyyətindədir.

"Biz çalışırıq ki, istər şəxsi həyatınızda, istərsə də iş fəaliyyətinizdə, həyatınızın bütün sahələrində sizə kömək edə biləcək şəxsi agentiniz olsun", - deyə Sottio qeyd edib.

Qəzetin yazdığına görə, "OpenAI" "Codex" proqramlaşdırma alətinə daha çox diqqət ayırmağa başlayır. Şirkət hesab edir ki, süni intellektin gələcəyi istifadəçilərin suallarına cavab verən adi çat-botlarda deyil, onlar üçün müxtəlif tapşırıqları yerinə yetirən agentlərdədir.

Məlumata əsasən, "OpenAI" rəhbərliyi səyahət sifarişindən gündəlik işlərin planlaşdırılmasınadək çoxsaylı vəzifələri yerinə yetirə bilən süni intellekt agentlərinin adi çat-botlardan daha böyük dəyərə malik olacağını düşünür.

Nəşrin məlumatına görə, dəyişikliklərin yaxın həftələrdə tətbiqinə başlanacaq. "ChatGPT"nin veb-versiyası və mobil tətbiqinin istifadəçiləri proqramlaşdırma və şəkil yaratma alətlərindən istifadə edə, həmçinin qrafik dizayn xidməti "Canva" və səyahət xidməti Booking.com kimi üçüncü tərəf tərəfdaşların tətbiqlərini prosesə cəlb edə biləcəklər.

Qəzet əlavə edib ki, "OpenAI" istifadəçilərin ayrı-ayrı tətbiqlər toplusu ilə deyil, getdikcə daha çox vahid süni intellekt köməkçisi ilə işləməsinə üstünlük verir. Məhz buna görə şirkət daha əvvəl video generasiyası üçün nəzərdə tutulmuş "Sora" modelinin ayrıca məhsul kimi inkişafından imtina edib.

"OpenAI" hesab edir ki, gələcəkdə çat-botlar, proqramlaşdırma alətləri, axtarış məhsulları və digər xidmət kateqoriyaları arasındakı sərhədlər tədricən aradan qalxacaq.

Digər Xəbərlər
Bu gün / 05:03
|
679

ABŞ hava çirkliliyi saatda 5 ölümə səbəb olur

ABŞ-da avtomobil tullantıları saatda 5 ölümə səbəb olur. ICCT hesabatına görə, 2024-cü ildə 41.800 nəfər erkən ölüb. Uşaq astma halları rekord səviyyədədir.

0
Bu gün / 05:02
|
459

Trampa 321 brilyantlı üzük hədiyyə edildi

Antverpen Almaz Mərkəzi ABŞ prezidenti Donald Trampa 321 brilyant qaşlı qızıl üzük hədiyyə edib. Üzük ABŞ-nin 250 illik müstəqilliyinə həsr olunub.

0
Bu gün / 05:01
|
717

Tonqada 5.2 bal güclü zəlzələ

Tonqa Krallığında 5.2 maqnitudalı zəlzələ qeydə alınıb. Episentr paytaxt Nukualofadan 200 km cənubda, dərinlik 10 km. Dağıntı və itki yoxdur.

0
Bu gün / 04:31
|
722

13 il sonra görməyə başladı

Yeni Zelandiyada gənc qadın başını stola vurduqdan sonra 13 il kor qaldıqdan sonra görməyə başladı. Həkimlər möcüzəvi sağalmanı izah edə bilmir.

0
Bu gün / 04:00
|
443

Fransada istilər Eyfel qülləsini uzatdı

Fransada istilər Eyfel qülləsinin hündürlüyünü 10 sm artırdı. Metalın genişlənməsi səbəbindən baş verən bu maraqlı hadisə haqqında ətraflı oxuyun.

0
Bu gün / 03:31
|
520

Linzayla çimməyin təhlükəsi - Oftalmoloq xəbərdarlıq edir

Kontakt linzalarla gölməçələrdə çimmək göz sağlamlığı üçün təhlükəli ola bilər. Oftalmoloq Aleksey Yeqorov akantameba keratit xəstəliyi barədə xəbərdarlıq edir.

0
Bu gün / 02:30
|
695

İsti havada qazlı içki təhlükəsi

İsti havada şirin qazlı içkilərin orqanizm üçün təhlükəsi - susuzluq yaratması və mədə-bağırsaq xəstəliklərini kəskinləşdirməsi.

0
Bu gün / 01:32
|
578

Keçmiş şahzadə Endryu vampir istədi

Keçmiş şahzadə Endryu xidmətçilərindən ona vampir göndərmələrini istədi. O, kral qanını sovuracaq vampir arzulayır və keçmiş titulunu tələb edir.

0
Bu gün / 01:31
|
362

Kiborq tarakanlar üçün sualtı geyim

Sinqapur alimləri kiborq tarakanlar üçün sualtı geyim hazırlayıb. Bu geyim həşəratların 3 saata qədər su altında qalmasını təmin edir.

0
Bu gün / 00:31
|
420

500 illik kartof tapıldı

Peruda 500 illik dondurulmuş-qurudulmuş kartof tapıldı. İnklər dövrünə aid kəşf arxeoloqları heyran etdi.

0
Bu gün / 00:01
|
263

Süni intellektdə özünüdərk əlamətləri

Ceffri Hinton çatbotlarda özünüdərk əlamətləri olduğunu bildirib. Süni intellektin şüuru insanlardan fərqlidir.

0
Dünən / 23:02
|
533

Macarıstanda içməli su böhranı: Baş nazir xəbərdarlıq edib

Macarıstanda anomal istilər səbəbilə içməli su böhranı yaşanır. Baş nazir Peter Madyar əhalini suya qənaət etməyə çağırıb.

0
...
ChatGPT supertətbiqə çevriləcək | Bond.az