Çilidə Antofaqasta regionunda 6.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə görə, yeraltı təkanlar yerli vaxtla saat 17:52-də (Bakı vaxtı ilə 01:52) baş verib.
Zəlzələ ocağı Kalama şəhərindən 25 km aralıda, 103 km dərinlikdə yerləşib.
Codelco mədənlərdə işləri dayandırıb, BHP və Antofagasta şirkətləri isə təsir olmadığını bildirib.
Xəsarət alanlar barədə məlumat yoxdur, lakin Kalamada elektrik və su kəsilib.











