Cənubi Kaliforniyadakı narkoloji reabilitasiya mərkəzi ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Baydeni işə götürüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat verib. Hanter Bayden mərkəzin xeyriyyə fondunun məsləhətçisi və icraçı direktoru vəzifəsində çalışacaq.
Hanter Bayden daha əvvəl öz "X" hesabında yazmışdı ki, artıq 7 ildir narkotik qəbul etmir.
Həmçinin "The New York Post" qəzeti Hanter Baydenin Kaliforniyada 20 milyon dollardan çox borcu olduğu üçün gizləndiyini yazıb. Nəşrin məlumatına görə, Hanter Baydenin Vaşinqtonda hüquqşünaslar komandasına təxminən 17 milyon dollar, iş adamı Kevin Morrisə 5 milyon dollar, adı açıqlanmayan art-dilerə isə 1 milyon dollardan çox borcu var.












