Qlobal mərkəzi banklar ilk dəfə olaraq qarşıdakı onillikdə dolların ehtiyatlardakı payını azaltmağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Dəyişiklik ABŞ valyutası ilə bağlı siyasi risklər və çoxqütblü maliyyə sisteminə keçid gözləntilərindən qaynaqlanır.
Mərkəzi banklar qızıla yatırımları artırmaq, həmçinin funt, kron və Yeni Zelandiya dolları kimi valyutalara maraq göstərirlər. Sorğuda 90 mərkəzi bank, pensiya və suveren fondlar iştirak edib.












