2025-ci ildə dünyada milyonerlərin sayı artıb.
Oxu.Az-ın məlumatına görə, “Reuters” İsveçrənin UBS bankının hesabatına istinadən bildirib ki, milyonerlər heç vaxt olmadığı qədər çoxalıb.
Tədqiqat göstərir ki, dünyada şəxsi kapitalın ümumi məbləği ötən il 10,8% artıb, 2024-cü ildə bu rəqəm 4,6%, 2023-cü ildə isə 4,2% olub. Bu artım güclü maliyyə bazarları sayəsində baş verib.
ABŞ-də milyonerlərin sayı 440 000 nəfər artıb. Avropada dollar milyonerlərinin sayı qeyri-mütənasib şəkildə çoxalıb ki, bu da dolların avroya nisbətən dəyərdən düşməsi ilə bağlıdır. Orta rifah səviyyəsi artsa da, qeyri-bərabərlik dərinləşib. Orta sərvət səviyyəsi əksər ölkələrdə azalıb.
UBS dünya sərvətinin 92%-dən çoxunu təmsil edən 56 bazarı araşdırıb.












