Çin, Yantszı çayı üzərində dünyanın ən böyük gəmi şlüzünün tikintisinə başlayıb. Nəhəng layihə çayda yükdaşıma həcminin artırılması məqsədi daşıyır.
"Sinxua" agentliyinin məlumatına görə, layihənin dəyəri 77.2 milyard yuan (11.3 milyard dollar) təşkil edir. Yeni şlüz "Üç Dərə" bəndinin şimal hissəsində inşa olunacaq.
Layihə çərçivəsində beşsəviyyəli, iki xəttli gəmi şlüzü tikiləcək. Həmçinin, aşağı axardakı kiçik bənddə gəmiçilik qurğuları modernləşdiriləcək.
Başa çatdıqdan sonra "Üç Dərə" sisteminin illik yükötürmə qabiliyyəti 336 milyon tona çatacaq ki, bu da hazırkı göstəricini təxminən iki dəfə artıracaq.












