Avstraliyanın "Qantas" aviaşirkəti "Project Sunrise" layihəsi ilə Sidney-London marşrutunu açır.
Oxu.Az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Dünyanın ən uzun fasiləsiz sərnişin reysi 2027-ci ilin oktyabrında başlayacaq. 16 min kilometrdən çox məsafə qət edəcək təyyarə heç bir ara eniş etməyəcək. Sidney və London arasında uçuş 19-22 saat çəkəcək.
"Project Sunrise" çərçivəsində Sidney-Nyu-York marşrutu da təsdiqlənib. Tarixlər gələn il açıqlanacaq. "Qantas" artıq xüsusi təkmilləşdirilmiş "Airbus A350-1000ULR" təyyarəsini təqdim edib.
Hazırda ən uzun reys "Singapore Airlines"-ın Sinqapur-Nyu-York xəttidir: 15 349 km, 19 saatdan az.












