Şimali İrlandiyanın Demokratik Yunionist Partiyasının (DUP) keçmiş lideri Ceffri Donaldson, zorlama da daxil olmaqla 18 epizod üzrə cinsi cinayətlərdə təqsirli bilinib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qərar Nyuri şəhərindəki Kral Məhkəməsinin andlılar heyəti tərəfindən verilib.
63 yaşlı siyasətçi 1985-2008-ci illərdə iki qurbana qarşı cinayətlərdə ittiham olunurdu. 60 yaşlı həyat yoldaşı Eleonora Donaldson da köməklikdə ittiham edilib.
Cütlük 2024-cü ilin martında saxlanılıb, lakin ittihamları rədd ediblər. Donaldson DUP liderliyindən istefa verib.
Hakim Pol Ramzi uzunmüddətli həbs cəzasının qaçılmaz olduğunu bildirib.












