Məşhur türk aktrisası Ece İrtem 35 yaşında dünyasını dəyişib.
"Kızılcık şerbeti" serialında İşıl obrazı ilə tanınan aktrisa iyunun 15-də evində anası ilə birlikdə olarkən infarkt keçirib.
Vəkil Uğur Gökkoyun bildirib ki, ilkin ehtimallara görə ölüm səbəbi miokard infarktıdır. Dəqiq səbəb ekspertizadan sonra məlum olacaq.
Qeyd edək ki, Ece İrtem bir gün əvvəl, iyunun 14-də 35 yaşını qeyd etmişdi.












