Əfqanıstanın Hindiquş dağlarında 5.8 maqnitudalı zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib ki, yeraltı təkanların episentri Kunduz şəhərindən 169 km şərqdə yerləşib.
Zəlzələnin ocağı 201 km dərinlikdə olub.
Dağıntı və tələfat barədə ilkin məlumat yoxdur.












