Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyası parlamentdə 61 mandat qazanacaq.
Keçmiş ədliyyə naziri Arpine Ovannisyan bu rəqəmi açıqlayıb. O, Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsaslanıb.
Ovannisyanın sözlərinə görə, partiyaya 3/5 səs çoxluğu üçün 2, 2/3 çoxluq üçün 9 mandat çatışmır.
Müxalifət blokları: "Güclü Ermənistan" 28, "Ermənistan" 11, Çiçəklənən Ermənistan 5 mandat alacaq.
Ovannisyan müxalifəti tələsməməyə çağırıb: "Hamımız əvvəlki seçkiləri xatırlayırıq".












