Rusiyalı onkoloq Vladimir İvaşkov evdə edilə bilən sadə yaddaş testi təqdim edib.
Test üçün yaxın bir şəxs sizə bir-biri ilə əlaqəsi olmayan üç söz deyir, məsələn: "alma", "fənər", "çay". 10 dəqiqə sonra həmin sözləri təkrarlamalısınız.
Əgər xatırlaya bilmirsinizsə, operativ yaddaşınızda problem ola bilər və nevroloqa müraciət etmək tövsiyə olunur.
Bu test rəsmi diaqnoz deyil, ancaq həkimə düzgün istiqamət verməyə kömək edir.












