Türkiyənin Çanakkale vilayətində evlilik vədi ilə 800 min türk lirəsi dələduzluq edən azərbaycanlı qadın M.H. və şəriki K.T. həbs olunub.
Hadisə yerli televiziyada da müzakirə edilib. M.H. özünü Leyla Abdullayeva kimi təqdim edərək R.Y.-ni aldadıb.
M.H. xarici ölkəyə qaçmağa cəhd edərkən, K.T. isə Lapseki rayonunda saxlanılıb. Məhkəmə qərarı ilə hər ikisi həbs edilib.












