Bond.az White LogoBond.az Black Logo

Eyfel qülləsinin pilləkəni hərracda satıldı

Eyfel qülləsinin 1889-cu ilə aid pilləkən hissəsi 450 min avroya satıldı. Tarixi fraqmentin satış qiyməti gözləntiləri üç dəfə üstələdi.

Murad Qafarov
Müəllif:Murad Qafarov- Senior Editor
|
0

Eyfel qülləsinin 1889-cu ilə aid orijinal pilləkəninin bir hissəsi Fransanın "Artcurial Paris" hərrac evində 450 min avrodan çox məbləğə satılıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hündürlüyü 2.7 metr, çəkisi isə 1.4 ton olan tarixi fraqmentin yekun satış qiyməti əvvəlcədən müəyyən edilmiş 150 min avroluq ilkin qiymətləndirmə həddini üç dəfədən çox üstələyib. Qeyd olunur ki, bu sahədə mütləq rekord 2008-ci ildə qeydə alınıb - həmin vaxt pilləkənin başqa bir hissəsi 550 min avroya alıcı tapmışdı.

Satılan bu unikal seqment qüllənin ikinci mərtəbəsindən zirvəyə qalxmağa imkan verən qədim spiral pilləkənin bir hissəsidir. 1983-cü ildə qüllədə aparılan yenidənqurma işləri zamanı sözügedən konstruksiya sökülərək 24 hissəyə bölünüb və onların 20-si hərraclarda satılıb. İndiki hərraca çıxarılan fraqment də məhz 1983-cü ildə onu əldə etmiş fransız biznesmenin şəxsi kolleksiyasına məxsus olub.

Xatırladaq ki, Eyfel qülləsi dahi mühəndis Qustav Eyfel tərəfindən layihələndirilib və 1889-cu ildə Parisdə keçirilən Ümumdünya Sərgisi çərçivəsində inşa olunub.

Digər Xəbərlər
Bu gün / 17:02
|
568

Makron 17 ildə ilk dəfə Suriyaya səfər edəcək

Fransa Prezidenti Emmanuel Makron 17 ildə ilk dəfə Suriyaya rəsmi səfər edəcək. Səfər ikitərəfli münasibətləri gücləndirmək məqsədi daşıyır.

0
Bu gün / 16:03
|
252

İran-Qətər yükdaşımaları bərpa olundu

İran-Qətər arasında beş aylıq fasilədən sonra yükdaşımalar bərpa edildi. Ər-Rüveys limanı yenidən İran mallarını qəbul edir.

0
Bu gün / 15:01
|
736

Xameneinin oğulları vidalaşdı

Xameneinin üç oğlu ataları ilə vidalaşdı. Tehran, Qum, Nəcəf, Məşhəd şəhərlərində matəm mərasimləri keçirilir.

0
Bu gün / 14:30
|
986

Azərbaycanlı gənc Polşada göldə boğuldu

28 yaşlı azərbaycanlı gənc Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq həyatını itirib. Son iki ayda üçüncü belə faciə.

0
Bu gün / 13:30
|
834

NATO sammitinin mövzuları açıqlandı

Ankarada keçiriləcək NATO sammitinin mövzuları açıqlanıb: Ukrayna, cənub cinahı, müdafiə büdcələri və təhdidlər müzakirə olunacaq.

0
Bu gün / 13:01
|
547

ABŞ bayrağını Eyfel qülləsinə asan şəxs saxlanıldı

Parisdə ABŞ bayrağını Eyfel qülləsinə asan şəxs polis tərəfindən saxlanılıb. Ətraflı məlumat Bond.az-da.

0
Bu gün / 13:00
|
805

OPEK+ hasilatı artırır

OPEK+ ölkələri avqustda neft hasilatını sutkada 188 min barrel artırmaq qərarına gəlib. Daha ətraflı Bond.az-da.

0
Bu gün / 09:31
|
708

Rusiya Xarkova zərbələri: 3 ölü, 8 yaralı

Rusiya ordusunun Xarkova endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Son xəbərlər Bond.az-da.

0
Bu gün / 09:02
|
925

Hörmüz boğazında gəmi trafiki minimuma düşüb

Hörmüz boğazında Oman yaxınlığından keçən gəmilərin sayı minimuma enib. Səbəb bilinmir, lakin İran marşrut tələblərini xatırladıb.

0
Bu gün / 09:01
|
697

Konqoda Ebola can alır: ölənlərin sayı 492

Konqo Demokratik Respublikasında Ebola epidemiyasında ölənlərin sayı 492-yə çatdı. Son sutkada 19 nəfər daha həyatını itirdi.

0
Bu gün / 08:30
|
265

ABŞ-də anomal istilər: 25 ölü

ABŞ-də anomal istilər nəticəsində 25 nəfər ölüb. Nyu-Cersidə 22, İllinoysda 1, Missisipidə 2 ölüm qeydə alınıb.

0
Bu gün / 08:02
|
666

Tramp: ABŞ tezliklə Marsa uça bilər

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın yaxın vaxtlarda Marsa idarəolunan uçuş həyata keçirə biləcəyini bildirib.

0
...
Eyfel qülləsinin pilləkəni hərracda satıldı | Bond.az