Filippinin Mindanao adasında baş verən 7.8 maqnitudalı zəlzələdə həyatını itirənlərin sayı 68-ə yüksəlib. Bu barədə yerli qurumlar məlumat yayıb.
Daha 33 nəfər itkin düşüb. Təbii fəlakət təxminən 1.4 milyon insana təsir göstərib, onlardan 18.5 mini təxliyə mərkəzlərinə yerləşdirilib.
Zəlzələ iyunun 8-i səhər saatlarında Mindanao adasının cənub sahillərində qeydə alınıb. 2 500 ev zədələnib, 460-ı tamamilə dağılıb. Ən çox zərər Qərbi Davao, Saranqani əyalətləri və Xeneral-Santos şəhərinə dəyib.











