ABŞ-ın Florida ştatında çimərlikdə ildırım vurması nəticəsində bir nəfər həyatını itirib.
Şerif Karmin Marsenonun ofisi "X" platformasında hadisə barədə məlumat yayıb.
Fort-Mayers çimərliyində baş verən faciədə dörd nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən biri ağır yaralanaraq ölüb.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.












