ABŞ-nin Florida ştatında 74 yaşlı Dasti Rey Spenser edam edilib. O, ştatın müasir tarixində edam edilən ən yaşlı məhbusdur.
Spenser 1992-ci ildə həyat yoldaşı Karen Spenseri qətlə yetirməkdə təqsirli bilinmişdi.
Edam Stark yaxınlığındakı Florida həbsxanasında inyeksiya yolu ilə həyata keçirilib. Həbsxana əməkdaşları ona üç preparat yeridiblər.
Son sözlərində Spenser ailəsindən üzr istəyib: "Ailəmdən üzr istəyirəm. Ruhumu və qəlbimi sənin əlinə verirəm, yoldayam, Tanrım. Amin".
Edamdan sonra Spenserin ailəsi heç bir açıqlama verməyib. Bu, Floridada bu il həyata keçirilən doqquzuncu edamdır.












