Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmə yaradır.
"Le Point"a istinadən xəbər verilir ki, "Pendragon" adlı layihə çərçivəsində piyada bölmələrindən biri robotlarla əvəz ediləcək.
Döyüş meydanında 120-130 əsgərin yerini uzaqdan idarə olunan robotlar və PUA-lar tutacaq. Onlar arxa cəbhədən 15 hərbçi tərəfindən koordinasiya ediləcək.
Podpolkovnik Kristof deyib: "Məqsəd canlı qüvvəni riskə atmadan əməliyyat aparmaqdır."
Sınaqlar Morbihandakı poliqonda aparılır. 2-3 tonluq onlarla robot və 60 dron piyada funksiyalarını yerinə yetirəcək.
Texnika pulemyot və termal raketlərlə təchiz ediləcək, həmçinin sursat daşıyacaq.
Bütün sistemlər süni intellekt platforması "C2 Pendragon" ilə idarə olunacaq. Fransa tam avtonom silahları dəstəkləmir, qismən avtonom sistemlərə icazə verir.
Layihə 2027-ci ildə təqdim olunacaq, tam hazır vəziyyətə gəlməsi daha uzun çəkəcək.











