Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə təyinat olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Fuad Çıraqov təyin edilib.
Fuad Çıraqov bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. O, həmçinin Prezident yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində və Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə işləyib.
Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Çıraqov, ABŞ-nin Kolumbiya Universitetində də sosiologiya ixtisası üzrə magistratura təhsili alıb.
Qeyd edək ki, Azərbaycanın xaricdəki səfirliklərində təhsil müşavirləri fəaliyyət göstərir. Onların vəzifəsi təhsil imkanlarını təbliğ etmək, təhsil əməkdaşlığını inkişaf etdirmək və tələbələrin hüquqlarını qorumaqdır.












