Bond.az White LogoBond.az Black Logo

Futbol antifutbola qarşı: Tarixi final

Çempionlar Liqası finalında Arsenal və PSJ-nin taktiki mübarizəsi: futbol vs antifutbol, sistem vs fərdilik, məkan idarəetməsi.

Fidan Bağırova
Müəllif:Fidan Bağırova- Senior Editor
|
0

Daha əvvəl "Arsenal"ın da taktikası hesab edilən "Haramball" haqqında yazmışdım. Bu dəfə Çempionlar Liqasının finalı sözün əsl mənasında futbol ilə antifutbol arasında baş tutacaq.

İllər əvvəl bir proqramda türkiyəli keçmiş futbolçu Arda Turanın Türkiyə və Avropa futbolu barədə analizləri zamanı bir neçə önəmli detalı vurğulamışdı.

"Atletiko Madrid" təcrübəsi də olan mütəxəssis Pep Qvardiola və Dieqo Simeone arasındakı fərqi izah edərkən bildirmişdi ki, əgər əlində Kayl Volker varsa, oyunçuları birəbir epizodlarda saxlamaq imkanın yüksəkdir. Ancaq resursun məhduddursa, daha kollektiv müdafiə və standart vəziyyətlər üzərində işləmək məntiqlidir.

Bəli, "Atletiko Madrid" bunu illərdir effektiv şəkildə tətbiq edir. Son dövrlərdə isə bu xəttə yaxınlaşan komandalar sırasında "Arsenal" da var. Kollektiv müdafiə, kompaktlıq və standart vəziyyətlərdən maksimum nəticə - məqsəd rəqibə rahat zona buraxmamaqdır.

Bu yanaşma bəzən "haramball" və ya antifutbol kimi etiketlənir. Amma qarşı tərəfdə isə tam fərqli bir futbol var: Luis Enrikenin PSJ-si - fərdi keyfiyyətin struktur içində maksimum sərbəstlik tapdığı oyun.

Komandaların oyun modellərinə ayrı-ayrılıqda baxaq.

Mikel Artetanın formalaşdırdığı 3+1 strukturu bu komandanın əsas bazasıdır. Meydanda form dəyişsə də, ümumi "almaz" və ya "paxlava" struktur sabit qalır.

Oyunun gedişində Deklan Rays bəzən müdafiə xəttinə yaxınlaşıb quruluşu 3-lüyə çevirir, onun önündə isə Luis-Skelli balans nöqtəsi kimi dayanır. Digər epizodlarda Rays geriyə enərək oyunun ilk pas nöqtəsinə çevrilir.

3-1-6 hücum modelində cinah müdafiəçiləri irəli çıxır, Saka və Trossard genişlik yaradır, daxili koridorlar isə (half-space) hücumun əsas giriş zolaqlarına çevrilir.

"Arsenal"ın əsas məqsədi rəqibin müdafiə xəttini "rezin kimi" uzatmaqdır. Bu uzanma müdafiəçilər arasında boşluqlar yaradır və həmin zonalara ikinci dalğa oyunçuları daxil olur.

Rays burada təkcə fiziki oyunçu deyil, həm də struktur lideridir. O, həm mövqe yönləndirir, həm də hücumun mərkəzində diqqəti üzərinə çəkərək digər zonaları açır.

Keçək digər finalçıya - PSJ-yə.

Luis Enrikenin futbolunda əsas sual budur: driblinq necə yaranır?

Cavab texnika deyil. Cavab sahədir.

Çünki ən yaxşı driblinq belə sıxlıq içində yox olur. Ona görə ilk mərhələ həmişə məkan yaratmaqdır.

Məkan artdıqca müdafiəçilər arasındakı məsafə böyüyür, qərarvermə gecikir və təkbətək situasiyalar yaranır.

"Spacing & Isolation" prinsipi də buradan doğur. Komanda genişlənir, mərkəz isə təcrid olunur.

Kvara və Hakimi cinahlarda genişlik yaradır, Neveş və Dalot müdafiə xəttini yerindən oynadır, Dembele isə diqqəti özünə çəkərək strukturda boşluq yaradır.

Vitinya bu boşluğu görüb oyunu irəli daşıyır. Hakimi artıq təkbətək qalır.

Sonrakı mərhələ sadədir: daxilolma, son pas və bitirici hərəkət.

Futbol burada artıq fərdi epizodlar oyunu deyil, məkan idarəetmə oyunudur.

PSJ bunu hücumda maksimum səviyyədə tətbiq edir - sahəni genişləndirir, müdafiəni parçalayır və boşluğu bir anlıq qərara çevirir.

Amma bu nöqtədə oyunun daha dərin bir tərəfi ortaya çıxır.

Luis Enrike ulduzu oyundan çıxarır. O da etiraz etmir, hətta komanda yoldaşlarını motivasiya etməyə davam edir. Bu, müasir futbolda çoxlarının anormal hesab etdiyi bir reaksiyadır.

Əslində isə bu davranış təkcə futbola aid deyil.

Hər sistem eyni məntiqlə işləyir: məktəb, ordu, fabrik, futbol komandası - hamısı proqnozlaşdırıla bilən davranış tələb edən strukturlardır.

Sistemin içində ideal element emosional yox, funksional olmalıdır. Çünki sistem fərdi emosiyanı yox, kollektiv nəticəni ölçür.

Bu səbəbdən sistemlər uyğunlaşanı saxlayır, sabiti üstün tutur. Uyğunlaşmayan, amma yaradıcı olan element isə çox vaxt sistem üçün riskə çevrilir.

Bu mexanizmi istər klassik strateji düşüncədə, istər elmi idarəetmə modellərində, istərsə də müasir iş sistemlərində eyni formada görmək mümkündür.

Futbola qayıdaq.

"Arsenal" sistemi ilə oyunu daraldır, PSJ sistemi ilə oyunu genişləndirir.

Biri boşluğu bağlayır, digəri boşluğu yaradır.

Biri nəzarət edir, digəri risk alır.

Finalın mahiyyəti sadəcə kubok deyil - iki fərqli futbol düşüncəsinin toqquşmasıdır.

Digər Xəbərlər
Bu gün / 14:00
|
699

İran zərbəsi vurduğu ABŞ bazasının bərpasına 400 milyon dollar

ABŞ-ın Bəhreyndə İran tərəfindən vurulan hərbi bazasının bərpasına 400 milyon dollar lazım olacaq. WSJ-nin məlumatına görə, 10-dan çox bina dağılıb.

0
Bu gün / 13:31
|
674

Balıkesirdə 4 bal gücündə zəlzələ

Balıkesirin Sındırqı rayonunda 4 bal gücündə zəlzələ baş verib. AFAD məlumatına görə, tələfat və dağıntı yoxdur.

0
Bu gün / 13:30
|
525

Əraqçı: Hörmüzə müdaxilə gərginliyi artıracaq

İran XİN başçısı Abbas Əraqçı Hörmüz boğazına müdaxilənin vəziyyəti gərginləşdirəcəyini bildirib. ABŞ zərbələri, SEPAH cavabı və gəmiçiliyin bərpası barədə xəbər.

0
Bu gün / 13:01
|
300

Səudiyyədə helikopter qəzası: 14 ölü

Səudiyyə Ərəbistanında Saudi Aramco helikopteri qəzaya uğradı, 14 nəfər öldü. Ras-Tannura şəhərində baş verən hadisə ilə bağlı araşdırma aparılır.

0
Bu gün / 13:00
|
464

Livanda İsrail zabiti öldürüldü

Livanın cənubunda Hizbullah üzvü ilə toqquşmada İsrail zabiti David Hazut öldürüldü, bir əsgər yaralandı.

0
Bu gün / 12:30
|
311

Fransada təyyarə qəzası: 11 ölü

Fransanın Tomblen kommunasında kiçik şəxsi təyyarə qəzaya uğrayıb, 11 nəfər həlak olub. Pilot və təlimatçılar arasında ölənlər var.

0
Bu gün / 11:30
|
559

İran hücumu: Bəhreyndə yaşayış binasına ziyan dəydi

İran hücumu nəticəsində Bəhreynin Məhərrəq əyalətində bir yaşayış binasına ziyan dəyib, insan tələfatı olmayıb.

0
Bu gün / 11:00
|
949

Medvedev Ermənistana xəbərdarlıq etdi

Dmitri Medvedev Ermənistanı hədələyərək, Rusiya ilə əlaqələrin qırılmasının ağır nəticələrə səbəb olacağını bildirib.

0
Bu gün / 10:00
|
581

Bəhreyndən İrana ağır ittiham: BMT çağırışı

Bəhreyn İranı raket və PUA hücumlarında ittiham edir, BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir.

0
Bu gün / 09:31
|
925

Bayden səhnədə istiqaməti itirdi

Co Bayden Merilenddəki qala gecəsində səhnədə istiqaməti itirərək diqqət mərkəzinə düşüb. Videoda o, ətrafındakıların köməyi ilə çıxış yolunu tapır.

0
Bu gün / 09:02
|
404

Berlin polisi istidən yananları su ilə sərinlədir

Berlin polisi anomal istilərə qarşı su şırnaqları ilə insanları sərinləşdirir. Rekord isti 39.9°C, təcili xidmətlər gücləndirilib.

0
Bu gün / 08:02
|
517

SAXAL Hizbullah üzvlərini öldürdü

SAXAL Livanda Hizbullah döyüşçülərini və raket buraxılış qurğusunu məhv etdi. Ətraflı video ilə.

0
...
Futbol antifutbola qarşı: Tarixi final | Bond.az