Google ABŞ-nin Kaliforniya və Florida ştatlarında 32 milyon erkək ağcaqanad buraxmaq üçün icazə istəyib. Məqsəd təhlükəli virusların yayılmasının qarşısını almaqdır.
"Debug" layihəsi "Aedes aegypti" növünün sayını azaltmağı hədəfləyir. Bu ağcaqanadlar sarı qızdırma, denge, Zika və çikunqunya kimi xəstəliklərin daşıyıcısıdır. Laboratoriyada volbaxiya bakteriyası ilə yoluxdurulan erkəklər dişləmir.
Erkəklər dişilərlə cütləşdikdə yumurtaların inkişafı dayanır. Nəticədə xəstəlik yayan ağcaqanadların sayı azalır.
Alimlər süni intellekt, kompüter görməsi və böyük verilənlər texnologiyalarından istifadə edir. Ənənəvi pestisidlər həm ətraf mühit üçün riskli, həm də effektiv deyil.
EPA müraciəti araşdırır. İyunun 5-də ictimai müzakirələr bitəcək. Layihə Sinqapurda uğurla tətbiq olunub: ağcaqanad populyasiyası 80-90%, denge qızdırması 70% azalıb.












