Gürcüstan parlamentinin plenar iclas zalında şifahi və fiziki qarşıdurma baş verib. Oxu.Az bu barədə Gürcüstan KİV-ə istinadən xəbər verir.
Davada Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyasından olan deputatlar və "Gürcü arzusu"nun üzvləri iştirak ediblər. Münaqişə "Gürcüstan naminə" partiyasının deputatı Giorgi Şaraşidzenin çıxışından sonra başlayıb.












