İstanbul Anadolu Respublika Baş Prokurorluğu Şile Bələdiyyəsinə qarşı apardığı istintaq çərçivəsində yeni əməliyyat keçirib.
Oxu.Az-ın məlumatına görə, əməliyyat zamanı 17 şübhəli saxlanılıb. Onlardan 13-ü həbs edilib, dörd nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Şübhəlilər "cinayətkar təşkilat yaratmaq", "rüşvət almaq", "hədə-qorxu ilə pul tələb etmək" və "tender saxtakarlığı"nda ittiham olunur.
Həbs edilənlər arasında tanınmış türkiyəli müğənni Haluk Leventin qardaşı Berkant Acil də var. Məhkəmə qərarı ilə o da həbsxanaya göndərilib.












