Bond.az White LogoBond.az Black Logo

Hantavirus gəmisi Rotterdamda karantində

Hantavirus yayılan MV Hondius kruiz gəmisi Rotterdam limanına çatdı. Karantin və dezinfeksiya tədbirləri başladı.

Fidan Bağırova
Müəllif:Fidan Bağırova- Senior Editor
|
0

Göyərtəsində hantavirus yayılan "MV Hondius" sərnişin gəmisi Rotterdam limanına yan alıb.

Oxu.Az xəbər verir ki, bu barədə "nu.nl" nəşri məlumat yayıb.

Nəşrin məlumatına əsasən, gəmi yerli vaxtla saat 10:30-da 7 nömrəli estakadada lövbər atıb. Gəmi heyəti tibb işçilərinin nəzarəti altında quruya ayaq basıb. Onlar gəmidə qalan sərnişinlərlə birgə liman ərazisindəki xüsusi yaşayış modullarında karantin rejiminə cəlb ediləcəklər.

Hüquq-mühafizə və xüsusi xidmət orqanları gəminin dayandığı ərazini və bütün giriş yollarını bağlayıb. Sərnişinlərin və heyətin yerləşdirildiyi modullar tam nəzarətə götürülüb. Dezinfeksiya üçün bəzi heyət üzvləri gəmidə saxlanılıb.

Gəminin təmizlənməsinə sabahdan başlanacaq və cümə gününədək yekunlaşacaq. Prosesi xüsusi təmizlik şirkəti icra edəcək.

"MV Hondius" aprelin əvvəlində Argentinanın Uşuaya limanından yola çıxıb. Gəmidə 23 müxtəlif ölkədən təqribən 150 nəfər olub. Səyahət zamanı bir neçə şəxsdə kəskin tənəffüs yolları xəstəliklərinin əlamətləri özünü göstərib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mayın əvvəlində gəmidə "Andes" ştammı mənşəli hantavirus infeksiyasının yayıldığını elan edib. Mayın 10-da gəmi Tenerife adası sahillərinə yan alıb. Orada sərnişinlər və heyətin bir hissəsi təxliyə edilərək karantinə götürülüb.

ÜST-nin məlumatlarına görə, 9 nəfərin hantavirusa yoluxduğu ehtimal edilib. Onlardan yeddisinin diaqnozu təsdiqlənib, üç xəstə isə həyatını itirib. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus genişmiqyaslı epidemiya riskinin olmadığını, amma vəziyyətin dəyişə biləcəyini bildirib.

Digər Xəbərlər
Bu gün / 03:31
|
813

Milyardlarla illik kometa Günəşdə yandı

Milyardlarla illik naməlum kometa Günəşdə yanaraq məhv oldu. Detallar Bond.az-da.

0
Bu gün / 03:00
|
978

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan öldü

Kanadada 11 yaşlı oğlan yarasa ilə təmasdan sonra quduzluğa yoluxaraq öldü. Həkimlər xəbərdarlıq edir: hər təmasda profilaktik tədbir görün.

0
Bu gün / 02:30
|
460

İqlim dəyişikliyi flaminqolara təsir etdi

İqlim dəyişikliyi Keniyada flaminqoların rəngini solğunlaşdırır və onların sayını azaldır.

0
Bu gün / 02:00
|
585

Buzlu içki təhlükəsi: Gigiyena qaydalarına diqqət

Buzlu içkilər bağırsaq infeksiyası mənbəyi ola bilər. Gigiyena qaydalarına diqqət edin. Təhlükəsiz buz şəffaf olur.

0
Bu gün / 01:01
|
343

Baffet Qeytsə ianəni kəsdi: 20 illik ənənə sona çatdı

Uorren Baffet Bill Qeytsin fonduna ianəni dayandırdı. 20 illik ənənə pozuldu. Səbəb Epşteyn işi ilə əlaqəli araşdırmalardır.

0
Bu gün / 00:01
|
963

Asteroid 2024 YR4 Yerlə toqquşa bilər

Rusiyalı alim Yevgeni Burmistrov asteroid 2024 YR4-ün 2032-ci ildə Yerlə toqquşma ehtimalını açıqlayıb. Ehtimal 0.0017% təşkil edir.

0
Dünən / 23:30
|
910

Dünyanın ən qəribə smartfonları

BGR jurnalistləri bazara çıxarılmış ən qəribə smartfon modellərini siyahıya alıb. LG Wing, BlackBerry Passport, Amazon Fire Phone və daha çoxu.

0
Dünən / 23:00
|
476

Fransada onlayn mağazalara yeni qadağalar

Fransa ifrat sürətli dəbə qarşı yeni qanun qəbul etdi. Shein, Temu və AliExpress kimi platformalara sərt qadağalar tətbiq olunur.

0
Dünən / 22:30
|
600

Rusiyada erməniəsilli bloqerə cərimə

Rusiyada erməniəsilli bloqer Arsen Markaryan nifrət və düşmənçiliyə görə cərimələndi. O, rusları heyvanlarla müqayisə edən video yayımlamışdı.

0
Dünən / 22:02
|
570

Ferrari və BMW misdən alüminiuma keçir

Ferrari və BMW elektrik naqillərində misdən alüminiuma keçir. Bu addım istehsal xərclərini azaldır və avtomobilləri yüngülləşdirir.

0
Dünən / 22:01
|
803

İsti hava telefonu sıradan çıxara bilər

İsti hava smartfonunuzu sıradan çıxara bilər. Qızma əlamətlərini tanıyın və cihazınızı qorumaq üçün tədbirlər alın.

0
Dünən / 22:00
|
209

Kaliforniya körfəzində 6 bal zəlzələ

Meksika sahillərində, Kaliforniya körfəzində 6.0 maqnitudalı zəlzələ qeydə alınıb. Xəsarət və dağıntı barədə məlumat yoxdur.

0
...
Hantavirus gəmisi Rotterdamda karantində | Bond.az