Hindistan və ABŞ hökumətləri kritik əhəmiyyətli minerallar sahəsində əməkdaşlığa dair rəsmi razılığa gəliblər.
Sənədlərin imzalanması mərasimi ABŞ dövlət katibi Marko Rubio və Hindistan xarici işlər naziri Subramaniam Cayşankarın iştirakı ilə Nyu-Delhidə baş tutub.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
Cayşankar bildirib: "Bu gün biz Hindistan və ABŞ arasında kritik əhəmiyyətli faydalı qazıntıların və nadir torpaq elementlərinin tədarük təhlükəsizliyini təmin etmək üçün ikitərəfli çərçivə sazişi imzalayırıq".
O əlavə edib ki, bu saziş təchizat zəncirinin bütün mərhələlərində əməkdaşlığı dərinləşdirəcək və davamlı, şaxələndirilmiş təchizat yolları yaradacaq.
Rubio isə vurğulayıb ki, hər iki ölkənin strateji maraqları innovativ iqtisadiyyat üçün kritik minerallara etibarlı çıxış tələb edir.












