Hindistanın Telanqana ştatında günvurma nəticəsində 16 nəfər həyatını itirib.
Ştatın İnformasiya Nazirliyi bildirib ki, anomal istilər səbəbindən vəziyyət pisləşib. Rəhbərlik təcili iclas keçirib.
Sakinlərə günorta saatlarında küçəyə çıxmamaq tövsiyə olunub. Hava 45 dərəcəni ötür.
Meteorologiya Departamenti istilərin mayın 26-dək davam edəcəyini açıqlayıb.












