Hondurasda iki silahlı hücum nəticəsində altı polis də daxil olmaqla 25 nəfər həlak olub.
İlk hücum Truxilyo bələdiyyəsindəki plantasiyada baş verib. Naməlum şəxslər işçilərə atəş açaraq azı 19 nəfəri öldürüb. Qohumlar bəzi meyitləri hadisə yerindən çıxarıb.
İkinci hücum Omoa bələdiyyəsində olub. Polislərə qarşı təşkil edilən hücumda altı polis öldürülüb.
Honduras Təhlükəsizlik Nazirliyi ərazilərə polis və hərbi qüvvələr göndərib. Araşdırma üçün xüsusi qruplar yaradılıb.












