İran ABŞ ilə razılaşma çərçivəsində Hörmüz boğazını mərhələli şəkildə gəmiçiliyə açacaq.
"Washington Post" iranlı rəsmilərə istinadən xəbər verir ki, ilk mərhələdə ABŞ İranın dondurulmuş 12 milyard dollar aktivini sərbəst buraxacaq, boğaz minalardan təmizlənəcək.
ABŞ və İran 60 günlük atəşkəs və boğazın açılmasını əhatə edən çərçivə sazişi hazırlayıb.
Diplomatik mənbələrə görə, razılaşma imzalanan kimi İran boğazı dərhal açacaq, 30 gün ərzində gəmiçilik əvvəlki səviyyəyə qayıdacaq.
İran həmçinin nüvə silahından imtina və uranın zənginləşdirilməsinin dayandırılması öhdəliyi götürür.












